Miri Yusif ulduz səfir seçildi



Əməkdar artist, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib.
Gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramla iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.
Xatırladaq ki, DÇ-nin daha bir səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır.
Hər iki ulduz səfir aprel ayında paytaxtımızda keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarını böyük maraqla izləmişlər.


Bu yazı

14717 dəfə oxunub

Tarix

2019-05-16 14:39:09

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev