Bakı finalında VAR sistemi



UEFA-nın rəsmi saytında verilən məlumata görə, Avropa Liqasının finalında İngiltərənin "Arsenal” və "Çelsi” komandaları arasında matçda VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək.
Bu matç turnir tarixində hakimlərin videotəkrarlardan istifadə edə biləcəyi ilk oyun olacaq.
Xatırladaq ki, "Arsenal”-"Çelsi” finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Matçın baş arbitri italiyalı Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. Dördüncü arbitr kimi Daniele Orsato təyin edilib.
Bundan əvvəl VAR sistemindən Çempionlar Liqasının pley-off matçlarında istifadə edilib.
Əlavə məlumat kimi qeyd edək ki, Avroliqanın qalibi Çempionlar Liqasına birbaşa vəsiqə alacaq.


Bu yazı

7916 dəfə oxunub

Tarix

2019-05-17 12:22:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev