Naxçıvan Azərbaycan Kubokunun finalına hazırlaşır



Naxçıvan futbol üzrə Azərbaycan Kubokunun final görüşünə ev sahibliyi edəcək.
Həlledici qarşılaşmada "Qəbələ” və "Sumqayıt” komandaları üz-üzə gələcək. Oyun mayın 19-u, saat 16:30-da başlayacaq. Görüşdən öncə tədbirin bədii hissəsi təşkil olunacaq, Azərbaycanın tanınmış müğənnilərinin ifasında musiqi nömrələri səsləndiriləcək.
Muxtar respublikada ənənəvi olaraq keçirilən futbol üzrə "Heydər Əliyev kuboku” turniri də dördüncü dəfə təşkil olunacaq. "Şüvəlan”, MOİK, "Araz-Naxçıvan” və Türkiyənin "Ağrıspor” komandalarının mübarizə aparacağı turnir dairəvi sistem üzrə keçiriləcək. Oyunlara mayın 20-də start veriləcək. İlk oyun günündə saat 11:00-da "Araz-Naxçıvan” MOİK-lə, 17:30-da "Şüvəlan” "Ağrıspor”la qarşılaşacaq. Növbəti gündə də oyunların başlama saatı eyni vaxtda olacaq. Mayın 22-də istirahət edəcək komandalar stadiona ayın 23-də çıxacaqlar. Həmin gün saat 17:00-da turnirin bağlanış mərasimi də keçiriləcək.


Bu yazı

3520 dəfə oxunub

Tarix

2019-05-17 17:06:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev