MOK-un vitse-prezidenti AOK-un iclasında iştirak edir
Avstryanın paytaxtı Vyanada Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti iclası öz işinə başlayıb. Tədbirdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edir.
İclasda həmçinin, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirakı təsdiqlənib.
Xatırladaq ki, mayın 18-19-da Avropa Olimpiya Komitəsinin 40-cı Seminarı keçiriləcək. Burada qarşıdan gələn Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabatı, müxtəlif komissiyaların məruzə çıxışları və gündəmdə olan mövzuların müzakirəsi daxildir.
Bu yazı
12741 dəfə oxunub
Tarix
2019-05-17 20:47:19