Zöhrə Ağamirova finala yüksəlib


Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan idmançısı Zöhrə Ağamirova fərdi proqramda halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıb.
Çempionatın ikinci günündə gimnastlarımızdan Zöhrə Ağamirova və Veronika Qudis halqa və topla hərəkətlərdə çıxış ediblər. 
 Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə 20,050 xal toplayaraq səkkizinci yeri tutub. Təmsilçimiz bu nəticə ilə finala vəsiqəni təmin edib. Veronika Qudis isə halqa ilə hərəkətlərdə 18,250 xalla 19-cu pillədə qərarlaşıb.
Topla hərəkətlərdə isə Zöhrə Ağamirova 20,050 xalla doqquzuncu, Veronika Qudis isə 17,900 xalla 26-cı olublar.
Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edəcəklər. 
Qeyd edək ki, Avropa çempionatının birinciyarış günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülük yarışlarında beş halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.
Yarışlarda 35 ölkənin bədii gimnastları mübarizə aparırlar. 


Bu yazı

4215 dəfə oxunub

Tarix

2019-05-17 21:11:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev