Sadıq Sadıqov: "“Neftçi” səhifəsi mənim kitabımda bağlanıb"



Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov "Neftçi"yə qayıtmayacaq.
Bu sözləri S.Sadıqov Atv.az-a müsahibəsində bildirib.
"Neftçi"nin sabiq prezidenti paytaxt təmsilçisinə nə vaxtı qayıdacağı ilə bağlı sualı belə cavablandırıb: "Təəssüf ki, mən bunu edə bilməyəcəm. "Neftçi”nin səhifəsi mənim həyat kitabımda artıq bağlanıb və keçmişdə qalıb. İndi cüdodayam, cüdomuzun inkişafı və uğuru üçün çalışıram. Sabah harada olacağımı deyə bilmərəm, amma konkret bilirəm ki, "Neftçi”də bir daha olmayacam".
S.Sadıqov Bakıda cüdo üzrə mötəbər idman yarışlarına azarkeşlərinin çox maraq göstərməməsi barədə suala isə belə cavab verib: "Bunun səbəbini mən də tapa bilmirəm. Axı yarışlarımız kifayət qədər reklam da olunur, təşkilatçılıq baxımdan bizə ümumiyyətlə, çatanı
yoxdur. Avropa Oyunları, İslam Oyunları, Formula1, müxtəlif idman növlərində dünya və Avropa çempionatı – hamısını dövlətimiz yüksək səviyyədə keçirib və bunu heç kəs inkar edə bilməz! Elə götürək Bakıdakı "Böyük Dəbilqə"ni, onun təşkilatçılığı heç cüdo üzrə dünya çempionatlarının təşkilindən geri qalmırdı desək, yanılmarıq. Beynalxəlq cüdo federasiyasının prezidenti cənab Vizer belə təşkilatçılığa heyran qaldığını gizlətmədi. Amma yerli azarkeşlərin bu cür yarışlara biganə qalması şəxsən məni də məyus edir. Siz doğru buyurursunuz ki, heç hamının sevdiyi futbolda belə ən maraqlı qarşılaşmaları paytaxtda maksimum 1500 azarkeş izləyir. Misal üçün "Neftçi”- "Qarabağ” oyununu götürsək. Halbuku əvvəlki dövrlərdə "Xəzər Lənkəran” -"Neftçi” matçına 15-16 min tamaşaçı gəlirdi bölgə stadionuna, Bakıda isə onların sayı 10 minə çatırdı…".




Bu yazı

8996 dəfə oxunub

Tarix

2019-05-21 11:22:09

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev