II Avropa Oyunlarının medalları təqdim olunub



Bu gün Belarusda Minsk-2019 II Avropa Oyunlarının medallarının təqdimat mərasimi keçirilib.
Paytaxtdakı "Mir” qəsrindəki tədbirdə qızıl, gümüş və bürünc medallar nümayiş etdirilib. Bundan başqa müxtəlif şəxslərə xatirə və suvenir medallarının da təqdim olunacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.


Bu yazı

3604 dəfə oxunub

Tarix

2019-05-21 13:15:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev