“Evinə salamat qayıtmaq istəyirsənsə...”



UFC üzrə sabiq dünya çempionu Maykl Bispinq Cənubi Afrika Respublikasında (CAR) olduğu müddətdə başına gələn qorxunc hadisədən danışıb.
"Biz dostlarla Çin restoranına getdik. Orada nahar etdik. Stoldan qalxanda gecə saat 03.00 olardı. Sağollaşdıqdan sonra qaldığım evə tək getdim.
Taksidən düşüb mehmanxanaya tərəf gedəndə 10-15 evsiz insanın məni dövrəyə aldıqlarını gördüm. Dedilər ki, evinə salamat qayıtmaq istəyirsənsə, pul kisəni bizə verməlisən. Mən etiraz edəndə, məni zorla maşına tərəf sürümək istədilər. Bir anda özümdə güc toplayaraq insan həlqəsini yararaq qaçmağa başladım. Əllərinə keçsəydim, mütləq məni soyduqdan sonra öldürəcəkdilər.
Mənə bir daha Keyptaun deməyin. Bura çox təhlükəlidir”, - deyə dünya çempionu bildirib.
Qeyd edək ki, Maykl Bispinqin adı bu il mart ayının 17-də UFC Şöhrət zalına daxil edilib.



Bu yazı

3162 dəfə oxunub

Tarix

2019-05-23 10:36:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev