"Səni görmək həmişə xoşdur"


İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu "Formula 1" üzrə Monako Qran-prisinin paddokuna gəlib.
Portuqaliyalı hücumçu "Mercedes"in britaniyalı pilotu Lüis Hemiltonla görüşüb. O, daha sonra pilotla birgə fotosunu şəxsı "Instagram"ında yerləşdirərək, bunları yazıb: "Səni görmək həmişə xoşdur".
Beşqat dünya çempionu isə "Görüşməyimiz xoş oldu" cavabını verib. Hər iki məşhur idmançı bir-birilərinə "qardaş" deyə müraciət edib.
Qeyd edək ki, Lüis Hemilton Monako Qran-prisindəki ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. "Mercedes" pilotu komanda yoldaşı Valtteri Bottası 0,081 saniyə üstələyib.




Bu yazı

8984 dəfə oxunub

Tarix

2019-05-25 17:13:54

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev