Atçılıq üzrə cıdır yarışlarının növbəti mərhələsi təşkil olunub


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin hippodromunda növbəti cıdır yarışlarına start verilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarış dörd kateqoriyadan ibarət olub. Üç yaşlı ərəb atlarının 1200 metr məsafəyə qaçışında ilk iki pilləni "Günay” Atçılıq İdman Klubunun (AİK) "Şiraz” və "Qraf”, üçüncü yeri isə Rafim Əsgərovun "Renessans-Tersk” ləqəbli atları tutublar.
Turnirdə 1600 metr məsafəyə qaçışda dörd yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışıblar. Bu yarışda "Xan-Xan” AİK-in "Dağlar” ləqəbli atı birinci, Ramiz İbrahimovun "Pəri” ləqəbli atı ikinci olub. "Sərhədçi” AİK-in "Qaradağ”, Allahverən Əliyevin "Laləzar” ləqəbli atları isə üçüncü və dördüncü yerlərdə qərarlaşıblar.
1800 metr məsafəyə qaçış üzrə üçüncü yarışda dörd və daha yuxarı yaşlı Qarabağ və Dilbaz atları iştirak edib. Yarışda "Xan-Xan” AİK-in "Dağlar” ləqəbli atı finiş xəttinə birinci çatıb. "Sərhədçi” AİK-in "Qaradağ” və "Qoşqar” ləqəbli atları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Mövsümün ikinci cıdır yarışının sonuncu qaçışında dörd yaşdan yuxarı ingilis atlarının 1800 metr məsafədə gücləri sınanıb. Bu yarışda ilk dörd pillənin üçündə "Omar” AİK-in "Atilla” (I yer), "Mr.Tornado” (II yer) və "Omar” (IV yer) ləqəbli atları qərarlaşıblar. Elşən Ənsərovun "Caspian Surf” ləqəbli atı isə üçüncü olub.
Yarışın ümumi mükafat fondu 11,2 min manat təşkil edib.



Bu yazı

6672 dəfə oxunub

Tarix

2019-05-24 18:51:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev