Azərbaycan komandası Avropa çempionu oldu


Azərbaycan komandası aero-dans proqramında fəxri kürsünün ən yüksək pilləsində yer aldı. 
Beləliklə, komandamız yarışı Avropa çempionu kimi başa vurdu.  Azərbaycan gimnastları hakimlərdən ən yüksək -17.800 xal aldılar. Rusiya 17.750 xalla gümüş medala layiq görüldü. Rumıniya 17.400 xalla üçüncü yerdə qərarlaşdı.  
Xatırladaq ki, Avropa çempionatında 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə apardı. 


Bu yazı

12302 dəfə oxunub

Tarix

2019-05-26 18:30:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev