Muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib



Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində atıcılığın tir növü üzrə ali və orta ixtisas təhsili müəssisələrinin və
Heydər Əliyev adına Hərbi Liseyin komandaları arasında keçirilən muxtar respublika birinciliyi başa çatıb.
6 komandanın iştirak etdiyi birincilikdə, ümumilikdə, 30 idmançı mübarizə aparıb.
Birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından bəhs ediblər.
Vurğulanıb ki, Naxçıvanda atıcılıq idman növünün inkişafı üçün hər bir şərait yaradılıb, mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, lazımi avadanlıqlar, müasir hədəflər və yeni silahlar alınıb.
Sonra komandalar birincilik uğrunda mübarizəyə başlayıb. Yekun nəticələrə əsasən, Heydər Əliyev adına Hərbi Liseyin komandası birinci yerə layiq görülüb. Naxçıvan Tibb Kollecinin komandası ikinci, Naxçıvan Dövlət Universitetinin komandası üçüncü olub.
Qalib komandalara təşkilatçılar tərəfindən plaket və diplomlar təqdim edilib.



Bu yazı

13650 dəfə oxunub

Tarix

2019-05-30 17:40:41

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev