20 saylı orta məktəbdə Avropa Gənclər Olimpiya Festivalına 50 gün adlı tədbir keçirildi



Bu gün Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsinin dəstəyi ilə EYOF-a 50 gün adlı tədbir keçirildi. Tədbir carı ilin iyun ayında Bakıda təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalına dəstək məqsədi ilə həyata keçirilən "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı təşəbbüsü çərçivəsində təşkil olunub.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman nazirinin müavinləri İsmayıl İsmayılov və Fərhad Hacıyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, adı çəkilən qurumun digər rəsmiləri, məktəb kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir çərçivəsində İspaniya krallığını təmsil edən 20 saylı məktəb İspaniya mədəniyyəti və mətbəxi ilə qonaqları tanış edib. Şagirdlər ölkə mədəniyyətini təmsil edən səhnəciklər və ifalar ilə çıxış edərərək, tədbiri idmançıların nümunəvi çıxışları ilər rəngləndirdilər.
Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsi təşkilatçılığı, Bakı- 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, həmçinin Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməyi ilə reallaşdırılır. Proqram çərçivəsində Bakı şəhərindən seçilmiş 49 məktəb Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək bir Avropa ölkəsini təmsil edir. Seçilmiş məktəblər təmsil etdikləri ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanını Azərbaycanda, Azərbaycanı isə qardaşlaşmış məktəblər və digər vasitələrlə Avropada təbliğ edirlər.




Bu yazı

7284 dəfə oxunub

Tarix

2019-05-31 12:54:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev