Qılıncoynadanımız Avropa çempionu oldu


Sablya üzrə Azərbaycan milli komandasının üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.
Qrup mərhələsində keçirdiyi altı görüşdən beşini qalib başa vuran Anna Başta onaltıdabir finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib. Səkkizdəbir finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız dörddəbir finalda Macarıstan təmsilçisi Kern Biankadan 15:3 hesabı ilə üstün olub. A.Başta yarımfinalda belaruslu Polina Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.



Bu yazı

2632 dəfə oxunub

Tarix

2019-06-01 11:49:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev