Məşhur futbolçu avtomobil qəzasında dünyasını dəyişdi


İspaniya millisinin sabiq üzvü Xose Antonio Reyes avtomobil qəzasında dünyasını dəyişib. 
Bu barədə onun sabiq klublarından olan "Sevilya"nın rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, 35 yaşında dünyasını dəyişən Reyes İspaniya təmsilçisinin yetirməsi idi. O, karyerası ərzində "Sevilya" ilə yanaşı, "Arsenal", "Real, "Atletiko", "Benfika", "Espanyol", "Kordova", "Sinzyan Tyanşan Leopard" və  son olaraq "Estremadura"da oynayıb. Reyes 5 Avropa Liqası, 1 Premyer Liqa, 1 La Liqa olmaqla ümumilikdə, 11 kubok qazanıb. O, İspaniya millisində isə 22 matçda iştirak edib.



Bu yazı

2784 dəfə oxunub

Tarix

2019-06-01 15:13:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev