Rumıniyada 4 medal qazanıldı


Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kubokunda Azərbaycanın qadın cüdoçularından ibarət komandası uğurla çıxış edərək 1 qızıl, 3 bürünc medal qazanıb.
Qızıl medalı komandamızın aktivinə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yazdırıb. İdmançı Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və İçinkorlo Munxtsedev (57 kq) Avropa kubokunun bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Kluj turnirində 29 ölkədən 350 cüdoçu mübarizə aparıb.




Bu yazı

2136 dəfə oxunub

Tarix

2019-06-02 10:08:36

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev