Ən güclü sablyaçılar müəyyənləşdi

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışın ikinci günündə kişi və qadın sablyaçılar arasında qaliblərin adlarına aydınlıq gəlib.

Kişilər arasında Cavanşir Ağakişiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvin Rzazadə ikinci olub. Murad Ələkbərov və Saleh Məmmədov isə bürünc medalla kifayətləniblər.

Qadınlar arasında Vareriya Bolşakova Azərbaycan çempionu olub. Səbinə Kərimova fəxri kürünün ikinci pilləsində qərarlaşıb. Sevil Bünyatova və Anna Başta isə bürünc medal qazanıblar.

Mükafatçılar diplom və medallarla təltif olunublar. Bundan əlavə ilk 3 yerin sahiblərinə AQF tərəfindən pul mükafatları da təqdim olunub



Bu yazı

2672 dəfə oxunub

Tarix

2019-06-04 14:34:57

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev