Bekhem “Barselona”nın hücumçusunu MLS-ə aparmaq istəyir

MLS-də çıxış edən "İnter Mayami”nin sahibi Devid Bekhem "Barselona"nın hücumçusu Luis Suaresi komandasına dəvət etməyi planlaşdırır.
Bu barədə "Mundo Deportivo” məlumat verib. Qırx dörd yaşlı Bekhem uruqvaylı futbolçuya dördillik müqavilə təklif etməyə hazırdır.
Qeyd edək ki, L.Suares ötən mövsüm "Barselona"nın heyətində 29 oyun keçirib, 25 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun "Barselona” ilə müqaviləsinin müddəti 2021-ci il iyunun 30-dəkdir.


Bu yazı

2734 dəfə oxunub

Tarix

2019-06-04 17:30:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev