Neymar yenidən zədələndi


Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib. 
27 yaşlı hücumçu topuğundan xəsarət aldığından 21-ci dəqiqədə Evertonla əvəzlənib. 
Bu zaman göz yaşlarına hakim ola bilməyən ulduz futbolçu paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Stadionu isə o, qoltuq ağacları ilə tərk edib. Tibbi müayinə nəticəsində Neymarın ayaq biləyinin bağlarının qırıldığı və 15 iyunda başlayacaq Amerika Kubokunu buraxacağı müəyyənləşib. 



Bu yazı

2606 dəfə oxunub

Tarix

2019-06-06 10:59:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev