Buffon Parisi tərk edir
Fransanın "Paris Sen-Jermen” klubu italiyalı qapıçı Canluici Buffonun komandadan ayrıldığını açıqlayıb.
Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, italiyalı qapıçı 2017-ci ildə İtaliyanın "Yuventus" klubundan "Paris Sen-Jermen”ə transfer edilib. O, cari mövsümdə 25 oyun keçirib.
C.Buffon, həmçinin "Paris Sen-Jermen”nin heyətində Fransa çempionu olub.
Daha əvvəl verilən məlumatlarda "Paris Sen-Jermen” klubunun Canluici Buffonla müqavilənin müddətini uzadacağı bildirilirdi.
Bu yazı
12963 dəfə oxunub
Tarix
2019-06-06 14:07:06