Badmintonçularımız təsnifat mərhələsində uğurla yarışıblar


"Azerbaijan International 2019” turnirində iki idmançımız uğurlu çıxış edib.
Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə fərdi kişilər və qadınlar, qoşa kişilər və qarışıq-qoşa kateqoriyalarında təsnifat mərhələsinə start verilib. Badmintonçularımızdan Orxan Qələndərov təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Malta təmsilçisi Metyu Abelaya 2:0 (21-14, 21-13) hesabı ilə qalib gəlib. Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşündə İran təmsilçisi Əlirza Kərəmi üzərində 2:0 (21-13, 21-17) qələbə qazanıb.
Kişilərin fərdi kateqoriyasında təsnifat mərhələsində yarışan badmintonçularımızdan Cahid Əlhəsənov avstraliyalı Entoni Coyeyə 0:2 (9-21, 15-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov isə hindistanlı Kevin Arokia Valterə 0:2 (5-21, 11-21) hesabı ilə məğlub olub.
"Azerbaijan International 2019” turniri iyunun 9-na kimi davam edəcək. Ümumi mükfat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 badmintonçu mübarizə aparır.


Bu yazı

2498 dəfə oxunub

Tarix

2019-06-06 16:08:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev