Azərbaycan Minskdə açılan sərgidə təmsil olunur


"Bakı 2015” birinci Avropa Oyunları zamanı Azərbaycan heykəltəraşları tərəfindən müxtəlif idman növlərinə aid yaradılan heykəllər Belarusda keçirilən "İdman - yüksək incəsənət” sərgisində nümayiş olunur. İkinci Avropa Oyunları çərçivəsində təşkil olunan sərgi iyunun 6-da Minskdə açılıb.
Sərgi Belarus Respublikası Mədəniyyət Nazirliyinin və Müasir İncəsənət Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən "Avropa oyunları – Avropa incəsənəti” adlı genişmiqyaslı layihənin tərkib hissəsidir.
Sərgidə Almaniya, Belarus, Böyük Britaniya, İspaniya, Litva, Polşa, Rusiya və digər ölkələrin fotoqraf və rəssamları ilə yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycandan rəssam və heykəltəraşların da əsərləri yer alıb.
Minsk sakinlərinə və şəhərin qonaqlarına idman mövzusunu mədəni, tarixi və sosial kontekstdə əks etdirən əsərlərdən - arxiv fotoları və müasir fotoqrafiya layihələrindən, plakatlar, videomateriallar və heykəltəraşlıq nümunələrindən ibarət ekspozisiya təqdim olunur.
"İdman - yüksək incəsənət” sərgisi avqustun 4-dək davam edəcək.
Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. Yarışın mədəniyyət proqramına isə mayın 1-dən start verilib.



Bu yazı

2849 dəfə oxunub

Tarix

2019-06-07 16:43:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev