“Pəhləvan” idman klubunun gənc güləşçisi İspaniyada fərqlənib


Bu yaxınlarda İspaniyanın Pontvedra şəhərində sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyi keçirilib. Yarışda "Pəhləvan” Respublika İdman Klubu İctimai Birliyinin iki idmançısı qüvvəsini sınayıb. güləşçiləri də qüvvələrinin sınayıblar. "Pəhləvan” idman klubundan saytımıza verilən məlumata görə klubun yetirmələrindən Asxab Həmzətov (92 kq) Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. Qitə birinciliyinə dörddəbir finaldan başlayan Asxab Həmzətov Bolqarıstan idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə çexiyalı idmançıdan da üstün olan klubun yetirməsi adını finala yazdırıb. A.Həmzətov həlledici qarşılaşmada Rusiya idmançısına uduzaraq gümüş medala layiq görülüb.



Bu yazı

8670 dəfə oxunub

Tarix

2019-06-12 12:14:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev