Millimiz Slovakiyaya böyük hesabla uduzdu


İyunun 11-də futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində "Bakcell Arena”da Slovakiya yığmasını qəbul edib.
Oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda komandamızın yeganə qolunu matçın 29-cu dəqiqəsində Ramil Şeydayev vurub.
Hazırda E qrupuna iki oyundan 6 xal toplayan Macarıstan, Xorvatiya və Slovakiya milliləri başçılıq edir.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə Avro -2020-nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.



Bu yazı

1759 dəfə oxunub

Tarix

2019-06-11 21:57:38

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev