Elmar Babanlı: «İnanıram ki, komandamız Minskdən vətənə medallarla qayıdacaq»


Komandamız Minskə tam heyətlə yollanır. Heyətdə yer alan idmançıların hər biri güclü potensiala malikdirlər. Bu sözləri Olimpnews.az saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibiElmar Babanlı bildirib.
Cüdoçularımızın ikinci Avropa Oyunlarına yüksək səviyyədə hazılaşdığını deyən federasiya nümayəndəsi komandamızdan Minsk-2019-da yüksək nəticələr gözlədiyini vurğulayıb.
"Digər idman növlərində olduğu kimi, cüdoçularımız da ikinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Komandamız bunun üçün ölkəmizlə yanaşı, Avstiyada, Tokioda və bir sıra ölkələrdə hazırlıq keçib. Hazırda kişilərdən ibarət mili komandamızın üzvləri Zuğulbada yerləşən «Təhsil» Respublika İdman Mərkəzinin təlim-məşq bazasında hazırlıq keçir. Təlim-məşq toplanışı iyunun 15-də başa çatacaq. İyunun 18-də isə cüdoçularımız artıq Minskə yola düşəcəklər. Komandamız bu Oyunlarda 9 kişi və 6 qadın cüdoçu ilə təmsil olunacaq. İkinci Avropa Oyunları çərçivəsində cüdo yarışları iyunun 22-25-də keçiriləcək. Yarşın sonuncu günündə komanda yarışları təşkil olunacaq. Bu yarışda heyətimizdə Olimpiya Oyunlarının, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının və bir sıra mötəbər yarışların mükafatçıları var. İnanıram ki, komandamız Minskdən vətənə medallarla qayıdacaq”, - deyə Elmar Babanlı bildirib.


Bu yazı

7642 dəfə oxunub

Tarix

2019-06-12 17:07:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev