İslam Abbasov: «İnanıram ki, Minksdən medalla qayıdacağam»


II Avropa Oyunlarına yüksək səviyədə hazırlaşmışıq. Komandamızda ümumi ab-hava yüksəkdir. Heç bir zədə və ya psixologi gərginlik yoxdur. Bu sözləri Olimpnews.az saytına açıqlamasında Minsk-2019-da yunan-Roma güləşi üzrə yarışlarda ölkəmizi təmsil edəcək İslam Abbasov deyib. "Hər kəs yarışlarda bizdən yüksək nəticələr gözləyir. Eləcə də bu yarışdan. Ölkəmizə bu çətin sınaqdan medalla qayıtmaq istəyirəm. Federasiyamız bizə bu işdə çox dəstək olur. Oyunlara hazırlıqla bağlı bir sıra yerli və beynəlxalq səviyyəli təlim-məşq toplanışlarında iştirak etmişik. Artıq Olimpiya Güləş Mərkəzində Minsk-2019-un son hazırlıq prosesində iştirak edirik. Hazırlıqda fiziki, taktiki-texniki çalışmalara üstünlük veririk.
İnanıram ki, Minksdən medalla qayıdacağam”, - deyə yunan-Roma güləşçimiz bildirib.



Bu yazı

1840 dəfə oxunub

Tarix

2019-06-12 21:08:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev