Bəxtiyar Hacıyev: “Hər şey idmançının yer alacağı qrupdan asılıdır”




İyunun 21-dən 30-dək bütün dünyanın diqqəti Belarusa yönələcək. Belə ki, Belarusun paytaxtı Minskdə II Avropa Oyunları təşkil olunacaq. Bu mötəbər yarışa Azərbaycan idmançıları, o cümlədən samboçular da ciddi hazırlaşırlar. Komandamız II Avropa Oyunlarında 6 kişi və 1 qadın olmaqla ümumilikdə, 7 samboçu ilə təmsil olunacaq. Sambo üzrə yığma komandamızın baş məşqçisi Bəxtiyar Hacıyev Olimpnews.az saytına açıqlamasında İkinci Avropa Oyunlarında komandamızın hər bir üzvündən medal gözlədiyini bildirdi. "Hazırlıqlarımız davam edir. Bu yaxınlarda Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak etdik. Yarışa son hazırlıq prosesimizi də Abşeron Olimpiya İdman Kompleksində keçirik. II Avropa Oyunlarına 7 samboçu ilə yollanacağıq. Onların hər biri kifayət qədər bacarıqlı idmançılardır və hər birinə çox inanırıq. Heyətdə ən gənc idmançı Abdulla Abdullayevdir. O, bəlkə də, II Avropa Oyunlarının ən kiçikyaşlı idmançısıdır. Abdullanın bu yarışda medal əldə etməsi onun üçün iki qat qələbə ola bilər. Cavidan Qarayev, Ceyhun Hüseynov dünya və Avropa çempionatlarında öz sözlərini demiş idmançılardır. Bu nəticələrə əsasən, deyə bilərik ki, onlar yarışın favoritlərindəndirlər. Lakin idman, xüsusilə də bu cür nüfuzlu yarışlar sürprizlərlə doludur. Yarşda hər şey idmançının yer alacağı qrupdan, yəni püşkdən asılıdır. Ona görə də dəqiq bir söz demək çətindir. Bütün yetirmələrimizə inanırıq və arzulayırıq ki, onlar öz nəticələri ilə bütün xalqımızı sevindirəcəklər”, - deyə Bəxtiyar Hacıyev bildirib.



Bu yazı

8549 dəfə oxunub

Tarix

2019-06-13 11:32:45

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev