Komandamız Avropa çempionatına hazırlaşır


Azərbaycanlı Qılıncoynatma Federasiyasının sablya üzrə qadınlardan ibarət yığma komandası Türkiyənin Antalya şəhərində Avropa çempionatına hazırlıqlarını davam etdirir.
Avropa çempionatı iyunun 17-dən 22-dək Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.
Sablyaçılarımız iyunun 5-dən etibarən hazırlıqlara başlayıb. Hazırlıqlar 10 gün davam edəcək və ayın 15-də yekunlaşacaq.
Qeyd edək ki, qitə çempionatında uğurlu çıxış etmək "Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq baxımından çox önəmlidir.



Bu yazı

6569 dəfə oxunub

Tarix

2019-06-13 13:37:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev