Komandamız Napoli Universiadasında 21 idmançı ilə təmsil olunacaq



İyulun 3-14-də İtaliyanın Napoli şəhərində Tələbələrin XXX Yay Universiadası təşkil olunacaq. İştirakçıların sayına görə planetin

ən böyük idman tədbirlərindən biri olan universiada yarışlarına bu il də böyük maraq var. 18 idman növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 8 mindən çox idmançı mübarizə aparacaq. Mötəbər idman yarışında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız Napoli Universiadasında 6 idman növündə 21 idmançı ilə təmsil olunacaq. Tələbə-idmançılarımız bu yarışlarda atletika, cüdo, qılıncoynatma, artistik gimnastika, ritmik gimnastika və taekvondo idman növlərində iştirak edəcək.

Bu yazı

3196 dəfə oxunub

Tarix

2019-06-14 22:20:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev