Ağaəli İbrahimov: “Belə tədbirlərin təşkil olunması Azərbaycan incəsənətinin inkişafında böyük rol oynayır”


İdman mövzusunda rəsm əsəri çəkmək çox çətindir. Bunun üçün gərək klassikanı biləsən, idmançıları tanıyasan, dünya idmanı ilə maraqlanasan.  
Bu sözləri olimpnews.az saytına açıqlamasında "İdman-sağlamlıq, dostluq, birlik” mövzusunda təşkil edilən rəsm müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağaəli İbrahimov bildirb. 
"Belə tədbirlərin təşkil olunması Azərbaycanın mədəniyyətinin, incəsənətinin inkişafında böyük rol oynayır. Müsabiqədə iştirak edən yeniyetmələrimiz bu mövzuda Azərbaycan idmançılarının obrazlarını yaradırlar. Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən belə müsabiqələr, tədbirlər ölkəmizi beynəlxalq aləmdə tanıtdırır. Etiraf edim ki, sərgidəki əsərlər məni çox təəccübləndirdi. Bu günki uşaqla 10 il bundan əvvəlki uşağın çəkdiyi əsərlər arasında böyük fərq var. Bu bizim üçün çox sevindiricir”, - deyə Ağaəli İbrahimov qeyd edib.  


Bu yazı

2676 dəfə oxunub

Tarix

2019-06-14 21:17:26

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev