Arif Hüseynov: “Müsabiqədə iştirak edən balaca rəssamlar əl işləri ilə bizi təəccübləndirdilər”



Beynəlxalq arenalarda Azərbaycanın bayrağını dalğalandıran, himnini səsləndirən idamnçılar gənc rəssamların əsərlərində təbliğ olunmalıdır.
Bu sözləri olimpnews.az saytına açıqlamasında "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçirilən rəsm müsabiqəsinin münsiflər heyətinin üzvü, Xalq rəssamı, professor Arif Hüseynov deyib.
"Müstəqillik dövründə ən inkişaf edən sahələrdən bir də idmandır. Ölkəmiz birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışlarına və digər böyük idman tədbirlərinə uğurla ev sahibliyi etdi. Paytaxtımız gələn ay 15-ci Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək. Bu münasibətlə "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində iştirak edən məktəblər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda rəsm müsabiqəsi keçirildi. Müsabiqəyə 45 məktəbdən ümumilikdə 156 əsər təqdim edilmişdi. Onların arasından seçilmiş ən yaxşı əsərlər 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində nümayiş etdirilən sərgidə yer aldı. Bu əsərlər arasında ən yaxşıları seçmək bizim üçün çox çətin idi. Həqiqətən də maraqlı rəsm əsərləri var idi. Müsabiqədə iştirak edən balaca rəssamlar öz əl işləri ilə bizi təəccübləndirdilər. Beynəlxalq arenalarda Azərbaycanın bayrağını dalğalandıran, himnini səsləndirən idamnçılar gənc rəssamların əsərlərində təbliğ olunmalıdır. Düşünürəm ki, bu müsabiqə onların həyatında çox önəmli hadisədir. Qalib gələn iştirakçıları təbrik edirəm”, - deyə Arif Hüseynov əlavə edib.




Bu yazı

10599 dəfə oxunub

Tarix

2019-06-15 14:51:38

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev