Ziyadxan Əliyev: “Müsabiqəyə təqdim olunan əl işlərində səmimilik var idi”


Müsabiqədə iştirakçıların əl işlərinin dəyərləndirilməsində  respublikanın tanınmış rəssamları, sənətşünasları iştirak edirdilər. Münsiflər heyəti müsabiqəyə təqdim olunan bütün rəsm əsərlərini ədalətli şəkildə qiymətləndiriblər.
Bu sözləri olimpnews.az saytına açıqlamasında "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçirilən rəsm müsabiqəsinin münsiflər heyətinin üzvü, Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev deyib.
"Çalışmışıq ki, bu mövzuda çəkilən ən yaxşı rəsmləri dəyərləndirək. Ümumiyyətlə bəzi adamlara elə gəlir ki, idman mövzusunda rəsm əsəri çəkmək asandır. Lakin dərinliyinə fikir versək görərik ki, idman mövzusunda rəsm əsəri çəkmək heç də asan deyil. Burada hərəkət, dinamika, temp, mimikalar var. Bunları rəsm əsərində təsvir etmək üçün rəssamdan böyük hazırlıq tələb olunur. Lakin rəsm əsərlərinə baxdıqda müsabiqədə iştirak edən uşaqların bu çətin mövzunun öhdəsindən layiqincə gəldiyini görmək olar. Bundan başqa müsabiqəyə təqdim olunan əl işlərində səmimilik var idi. Uşaq rəsmlərini böyüklərin çəkdiyi rəsm əsərlərindən fərqləndirən də məhz  səmimilikdə, sərbəstlikdədir”, - deyə Ziyadxan Əliyev bildirib.  



Bu yazı

11501 dəfə oxunub

Tarix

2019-06-15 17:52:02

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev