Argentina Amerika Kubokuna məğlubiyyətlə başladı


Futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin I turunun oyununda Kolumbiya yığması Argentina komandası üzərində 2:0 hesabı ilə qələbə qazanıb. 
Oyunda qolları Roher Martines (71-ci dəqiqə) və Duvan Sapata (86-cı dəqiqə) vurub.
B qrupuna daxil olan digər iki komanda – Paraqvay və Qətər isə bu gün görüşəcək. İyunun 20-də baş tutacaq ikinci turda isə Kolumbiya-Qətər və Argentina-Paraqvay qarşılaşması olacaq.
Qeyd edək ki, turnir Braziliyada keçirilir. Amerika Kuboku iyulun 7-də başa çatacaq.


Bu yazı

9799 dəfə oxunub

Tarix

2019-06-16 10:17:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev