Bakı kubokunun qalibləri mükafatlandırıldılar


İyunun 16-da Abşeron Olimpiya İdman Kompleksində uşunun citkundo və çinda növləri üzrə Bakı kuboku yarışlarına yekun vurulub.
Yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilib. Çempionatda Bakının idman klublarından 200-ə yaxın idmançı qızıl medal uğrunda mübarizə aparıb. Bakı kuboku üzrə mübarizədə "Arktika" komandası medal hesabına görə birinci olub. "Anar-Mehemmedi" komandası ikinci, "Avatar" komandası isə üçüncü olub.
Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri federasiya tərəfindən diplom və medallarla təltif olunub.


Bu yazı

12826 dəfə oxunub

Tarix

2019-06-17 12:19:56

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev