“Qırmızı şeytanlar” 101 milyon avroya müdafiəçi alır


İngiltərənin "Mançester Yunayted” digər ingilis klubu "Lester Siti”nin müdafiəçisi Harri Maquayrı transfer etmək niyyətindədir.
 "Qırmızı şeytan”lar futbolçuya görə 101 milyon avrodan keçməyə hazırdır.
Həmçinin qeyd olunur ki, bu transfer reallaşarsa H.Maquayr ən bahalı müdafiəçisi kimi futbol tarixinə düşəcək. Hazırda ən bahalı müdafiəçi "Sauthemton” klubundan "Liverpul”a keçən Virjil van Deykdır (84,5 milyon avro).
Qeyd edək ki, Harri Maquayr 2018-ci ilin axırlarında "Lester Siti” klubu ilə illik 5,3 milyon avroluq yeni müqavilə imzalayıb. O, keçən mövsüm "Lester Siti”nin heyətində 32 dəfə meydana çıxıb və 3 dəfə qolla yadda qalıb. İngiltərə millisinə 2017-ci ildən çağırılan futbolçu 20 dəfə meydana əsas heyətdə çıxıb və 1 qolla meydanı tərk edib.


Bu yazı

10216 dəfə oxunub

Tarix

2019-06-17 14:45:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev