Güləşçilərimz Avropa çempionatında yarımfinala yüksəldi



İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Dörddəbir finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb.
Digər idmançımız Nihad Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. N.Məmmədli növbəti qarşılaşmada türkiyəli güləşçidən güclü olub və o da yarımfinala adlayıb.
Güləşçilərimizdən Xasay Həsənli qitə birinciliyinə inamla başlayıb. Həmyerlimiz ilk görüşündə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. X.Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib.
Əlisəftər Məmmədli moldovalı güləşçiyə, Əli Fərmanov isə Ukrayna idmançısına məğlub olub.



Bu yazı

3426 dəfə oxunub

Tarix

2019-06-18 17:33:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev