Futbolçu könüllü olaraq həyatla vidalaşacaq



Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən holland futbolçu Fernando Riksen sosial şəbəkə vasitəsi ilə azarkeşlərə müraciət edib.
İyunun 28-də evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək Riksen evtanaziya ediləcəyi gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: "28 iyun mənim üçün xüsusi gündü. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək".
Qeyd edək ki, 2013-cü ildən bəri xəstəlikdən əziyyət çəkən Riksenin çəkisi son dövrlərdə 38 kiloya qədər düşüb. Beyindən əzələlərə impulsları ötürən neyronların məhv olması ilə müşahidə edilən xəstəliyə yoluxanlar əksər hallarda 5 il ərzində həyatlarını itirir. 42 yaşlı veteran futbolçu karyerası ərzində Hollandiyanın "Fortuna", "Alkmaar",
Şotlandiyanın "Reyncers" və Rusiyanın "Zenit" klublarında çıxış edib. O, 2000-2003-cü illərdə Hollandiya millisində 12 oyun keçirib.


Bu yazı

2534 dəfə oxunub

Tarix

2019-06-18 18:08:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev