"Qarabağ"ın rəqibi müəyyənləşdi



Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. İveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ”ın da rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk mərhələdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq. İlk oyun səfərdə olacaq. "Qarabağ" ötən mövsüm ÇL-in 2-ci təsnifat mərhələsində də Albaniya təmsilçisi ilə üz-üzə gəlmişdi. Həmin vaxt ağdamlıların rəqibi "Kukesi" klubu olmuşdu. Səfərdəki ilk oyun qolsuz başa çatmışdı. Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" 3-cü mərhələyə adlamışdı.
Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.



Bu yazı

2163 dəfə oxunub

Tarix

2019-06-19 13:16:26

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev