Avropa çempionatından iki medalla


Finlandiyanın Rovaniemi şəhərində ustad ağır atletlər arasında Avropa çempionatı keçirilib.
30-dan çox ölkədən 500-ə yaxın atletin qatıldığı yarışda Azərbaycan təmsilçiləri də körpücük üzərinə çıxıblar.
Çempionatda kişi ustad ağır atletlərimizdən Akif Alıyev M-60 (60-64 yaşadək) qrupunda 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. O, ümumilikdə 124 kiloqram (58+66) nəticə ilə Avropa çempionatının gümüş medalına sahib olub.
M-70 (70-74-yaşadək) qrupunda 96 kiloqram çəki dərəcəsində isə Vladimir Jilyayev mübarizə aparıb. Təmsilçimiz 163 kiloqram (72+91) nəticə ilə Avropa çempionatında ikinci yeri tutub.


Bu yazı

11944 dəfə oxunub

Tarix

2019-06-20 16:01:37

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev