Ağacan Abıyev: “Oyunlarda iştirak edən bütün idmançılarımıza parlaq qələbələr arzulayıram”



İnanıram ki, Minsk-2019 ikinci Avropa Oyunları öz möhtəşəmliyi ilə hər kəsi heyran qoyacaq. Necə ki, 4 il əvvəl Bakı bunu bacarmışdı. Bu sözləri "olimpnews.az” saytına açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev bildirib. O qeyd edib ki, Bakıda olduğu kimi, Minskdə də Avropanın ən güclü idmançıları əsas mükafatlar uğrunda mübarizə aparacaqlar.
"Tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan böyük idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut etdi. Komandamız bu Oyunlarda 56 medal qazanaraq ümumi medal sıralamasında ikinci yeri tutdu. Bu gün isə bu böyük idman tədbirinə Belarusun paytaxtı Minsk şəhəri ev sahibliyi edir. Minskdə ikinci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü adlı tədbir keçirildi. Tədbir yerli sakinlərin və qonaqların böyuk marağına səbəb oldu. Burada qonaqlara ölkəmiz haqqında ətraflı məlumatlar verildi. Tədbir iştirakçıları həmçinin Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıb, onlara ölkəmizin zəngin mətbəxi ilə tanış olmaq imkanı yaradılıb. Bakıda olduğu kimi, Minskdə də Avropanın ən güclü idmançıları əsas mükafatlar uğrunda mübarizə aparacaqlar. Bu baxımdan atletlərimizi həqiqətən də çətin sınaq gözləyir. Oyunlarda iştirak edən bütün idmançılarımıza parlaq qələbələr arzulayıram”, - deyə Ağacan Abıyev bildirib.




Bu yazı

10332 dəfə oxunub

Tarix

2019-06-21 12:54:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev