Minsk-2019: İlk gündə dörd idmançımız mübarizə aparacaq



Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunların ilk günündə günündə idmanın üç növü – basketbol 3x3, kamandan oxatma və boks yarışları keçiriləcək. Azərbaycan idmançıları mötəbər idman turnirinin birinci günündə boks və kamandan oxatma yarışlarında mübarizəyə qoşulacaqlar. Bu gün mübarizəyə başlayan üç boksçumuzun rəqibləri Bolqarıstan idmançılarıdır. Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq Tayfur Əliyev (56 kq) Boyan Asenov ilə qarşılaşacaq. Rahil Məmmədov (91 kq) Radoslav Panteleyev, Məhəmməd Abdullayev (+91 kq) isə Petar Belberov ilə görüşəcəklər.
Kamandan oxatma yarışında isə Azərbaycanın yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatma üzrə mübarizəyə otuzikidəbir finaldan başlayacaq.


Bu yazı

3866 dəfə oxunub

Tarix

2019-06-21 15:31:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev