Fernando Torres karyerasını başa vurub



Yaponiyanın "Saqan Tosu” klubunun futbolçusu Fernando Torres karyerasını başa vurub.
35 yaşlı ispaniyalı hücumçu qərarını "Twitter” hesabı vasitəsilə açıqlayıb.
Qeyd edək ki, Torres karyerası ərzində İspaniyanın "Atletiko”, İngiltərənin "Liverpul” və "Çelsi”, eləcə də İtaliyanın "Milan” klubunun formasını geyinib. İspaniya millisi ilə dünya və Avropa çempionu olan forvard, UEFA Çempionlar Liqası və Avropa Liqasının da qalibi olub. O, yığmada 110 oyuna 38, klublarda isə 706 matça 252 qol vurub


Bu yazı

2892 dəfə oxunub

Tarix

2019-06-21 17:09:34

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev