KİV nümayəndələri üçün media-tur təşkil edilib



Iyunun 21-də Minskdə II Avropa Oyunlarını işıqlandırcaq KİV nümayandələri üçün media-tur təşkil edilib. Yerli Təşkilat Komitəsi tərəfindən media-tur çərçivəsində əcnəbi jurnalistlərə əvvəlcə Minskin tarixi yerləri ilə barədə məlumat verildi. Bildirildi ki, Oyunlar çərcivəsində həmin məkanlarla yaxından tanış olmaq imkanı var. Şəhər gəzintisindən sonra Belarus Milli Rəssamlıq muzeyində tədbir keçirildi. Muzeyin direktoru Vladimir Prokopçov qonaqları salamlayaraq, muzeyin tarixindən qisa məlumat verdi. "1939-cu ildən fəaliyyət göstərən muzeydə müxtəlif janrda rəsm və heykəltəraşlıq nümunələri qorunub saxlanır. Həmin əsərlər arasında idman mövzusunda olan sənət nümunələri də yer alıb. Mən hesab edirəm ki, siz burada gördüyünüz əsərlər barədə öz ölkənizdəki insanlara məlumat verəcəksiniz. Buna görə hər birinizə əvvəlcədən minnətdarlığımı bildirirəm”, - deyə Vladimir Prokopçov vurğuladı. Muzeylə tanışlıqdan sonra KİV nümayəndələri Belarus mətbəxinin qonağı oldular.




Bu yazı

9528 dəfə oxunub

Tarix

2019-06-21 17:12:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev