Mehman Xəlilov: “Mənim üçün bundan gözəl qələbə ola bilməzdi”

Sambo yarışlarında komandamıza ilk medalı qazandırdığım üçün çox sevinirəm. Mənim üçün ən sevindirici məqam isə ermənistanlı idmançı üzərində qalib gələrək medal qazanmağım oldu. Bu sözləri "olimpnews.az” saytına açıqlamasında ikinci Avropa Oyunlarının sambo yarışlarının bürünc mükafatçısı Mehman Xəlilov  deyib.
"Bu qələbə mənim yaddaşımda gözəl xatirə olaraq qalacaq. Ermənistanlı idmançı ilə görüşə çox yaxşı hazırlaşmışdım. Çalışırdım ki, özümü tam olaraq qələbəyə kökləyim. Zalda da bizi çox yaxşı dəstəklədilər. Məşqçilərim kənardan mənə deyirdilər ki, çalış vaxtından əvvəl məsələni həll edərək qələbə qazan. Mən də bütün gücümü ortaya qoyub, məşqçilərimin dediyi tapşırıqlara əməl edərək qələbə qazandım. Mənim üçün bundan gözəl qələbə ola bilməzdi. Bu günki qələbəmdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildiririəm. Mən həmçinin qələbəmlə ailəmə də böyük sevinc bəxş etdim. Bilirəm ki, valideynlərim mənim görüşümü böyük həyəcanla gözləyirdilər. Valideynlərimin mənim üzərimdə böyük əziyyəti olub. Bu gün onları sevindirdiyim üçün özümü çox xoşbəxt hiss edirəm, - deyə Mehman Xəlilov bildirib. 





Bu yazı

8983 dəfə oxunub

Tarix

2019-06-22 19:35:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev