Çüdoçularımız eyni gündə və eyni çəkidə medal qazandılar

 
İyunun 23-də Minskin "Çijovka-Arena" kompleksində cüdo üzrə yarışların ikinci gününə start verildi. Azərbaycan idmançılarından Nuriyyə Axundova (63 kq), Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi -73 kq) başladılar.
Nuriyyə Axundova ilk görüşdə Dobre Stefaniya Adleniyaya uduzaraq, mübarizəni dayandırıb. Lakin kişi cüdoçularımız etimadı dogrulda biliblər.
Rüstəm Orucov ilk görüşdə monakolu Sedrik Bessi ilə üz-üzə gəlib. Həmyerlimiz görüşü ipponla başa vurub. İkinci görüşundə italiyalı Olimpiya çempionu Fabio Basile də idmançımız ippon fəndindən yaxa qurtara bilməyib. Ermənistanlı Ferdinand Karapetyanla görüşdə də Rüstəm Orucov azarkeşlərimizi sevindirib. Yarımfinalda Azərbaycan cüdoçusu Hidayət Heydərovu məğlub edən Georgios Azoidis idmançımızın finala vəsiqə əldə etməsinə mane olmayıb. Yunanıstanlı cüdoçu mübarizəni ipponla tərk edib. Yarımfinalda gürcüstanli Laşa Şavdatuaşvilini məğlub edən isveçli Tomi Masias finalda Rüstəm Orucovun rəqibi olub. Lakin o, skandinaviyalı rəqibinə uduzaraq, II Avropa Oyunlarının gümüş medalı kifayətlənib.

***
Hidayət Heydərov da ilk görüşündə qələbə qazanıb. O, macarıstanlı Miklos Ungvaridən üstün olub. Çüdoçumuzun növbəti mərhələdə rəqibi israilli Din Gemer qarşılaşıb. Yunanıstanlı Georgios Azoidislə görüşdə Hidayət təşəbbüsü əldən verdi. Bu mərhələyə qədər rəqiblərinə ipponla qalib gələn cüdoçumuz yarımfinala gedən yolda ipponla məglub olub. Təsəlliverici görüsdə Rüstəm Orucovun mübarizədən kənarlaşdırdığı Ferdinand Karapetyan da Hidayətlə bacarmadı. Bürünc medal uğrunda görüşdə yığmamızın üzvü Laşa Şavdatuaşvilini məğlub edən Hidayət Heydərov Azərbaycan yığma komandasının aktivinə daha bir bürünc medalı əlavə etdi.







Bu yazı

3481 dəfə oxunub

Tarix

2019-06-23 19:08:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev