Velosipedçilərimiz finişə çata bilməyiblər


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan velosipedçiləri mübarizəyə qoşulublar.
Qrup halında şosse yürüşündə 4 idmançımız start xəttinə çıxıb.
Ən yaxşı nəticə göstərən Samir Cəbrayılov 63-cü olub. O, liderdən 54 saniyə geri qalıb. 104-cü olan Elçin Əsədov isə finişə qalibdən 11 dəqiqə 23 saniyə sonra çatıb.
Digər iki velosipedçimiz - Musa Mikayılzadə və Mikayıl Səfərli isə finiş xəttinə çatmayıblar.
Qeyd edək ki, yarışın qalibi olan italiyalı Davide Ballerini məsafəni 4 saat 10 dəqiqə 4 saniyəyə qət edib.



Bu yazı

8993 dəfə oxunub

Tarix

2019-06-23 23:33:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev