Cüdoçularımız komanda yarışlarında Fransa ilə qarşılaşacaq



Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarının cütləri məlum olub.
Qarışıq komandaların mübarizəsi 1/8 finaldan başlayacaq.
Azərbaycan yığması ilk qarşılaşmada Fransa ilə üz-üzə gələcək. Yığmamızın görüşü Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
1/8 finalın digər cütləri belədir: Portuqaliya – İspaniya, Hollandiya – Rumıniya, Sloveniya – Ukrayna, Rusiya – Türkiyə, Polşa – Serbiya, Almaniya – Avstriya, Macarıstan – Belarus.



Bu yazı

9286 dəfə oxunub

Tarix

2019-06-25 09:00:54

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev