Minsk-2019: Beşinci gündə hansı idmançılarımız mübarizə aparacaq?


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının beşinci gününə start verilib.
Bu gün 8 dəst mükafatın sahibi bəlli olacaq.
Stolüstü tennis, güllə atıcılığı, cüdo, batut gimnastikası və velosiped idmanında qalib çimərlik futbolu, boks, kanoedə avarçəkmə və güləş yarışları da baş tutacaq.
Azərbaycan idmançıları badminton, boks, kamandan oxatma, güləş, velosiped idmanı, batut gimnastikası, cüdo, güllə atıcılığında qüvvələrini sınayacaqlar.

25 iyun 

Sərbəst güləş 11:00. 57 kq, 1/8 final Mahir Əmiraslanov - Georgi Vangelov (Bolqarıstan) 11:20. 74 kq, 1/8 final Hacımurad Hacıyev - Maksim Vasilioqlo (Rumıniya) 11:50. 86 kq, 1/8 final Aleksandr Qostiyev - Stefan Reyçmut (İsveçrə) 12:20. 125 kq, 1/8 final Camaləddin Məhəmmədov - Vitali Pyasnyak (Belarus)

Badminton 20:10. G qrupu, II tur Ezmi Qovimuramadhoni – Robert Mann

Boks 15:30. 60 kq, 1/8 final Cavid Çələbiyev – Dorin Buksa (Moldova) 17:00. 81 kq, 1/8 final Alfonso Dominqes – Mixail Dauhalyavets (Belarus) 20:15. 49 kq, 1/4 finaı Rüfət Hüseynov – Federiko Serra (İtaliya)

Velosiped idmanı 14:00. Şosse, ayrı-ayrılıqda start Elçin Əsədov, Samir Cəbrayılov

Cüdo 11:30. Qarışıq komanda yarışı, 1/8 final
Fransa – Azərbaycan

Batut gimnastikası 14:50. Kişilər, fərdi hərəkətlər Ruslan Ağamirov, İlya Qrişunin

Kamandan oxatma 12:00. Qadınlar, 1/16 finaı Ozay Qasımova – Senta Rixter (Almaniya) Güllə atıcılığı 10:00. Qadınlar, kiçikçaplı tapança, 25 m Nigar Nəsirova


Bu yazı

12558 dəfə oxunub

Tarix

2019-06-25 09:43:20

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev