Azərbaycan və İranın komandaları arasında beynəlxalq turnir keçiriləcək


İyunun 27-28-də Azərbaycan və İranın uşu üzrə yığma komandaları arasında beynəlxalq turnir keçiriləcək.Turnirdə yeniyetmələr arasında dəfələrlə uşu üzrə Azərbaycan çempionu olan Amin Elili (42 kq) və kişilər arasında 4 qat Avropa çempionu, İslam Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminovla (60 kq) yanaşı, yeniyetmə, gənc və böyüklərdən ibarət 30 yaxın idmançı ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, yarışlarda idmançılarımız bütün yaş və çəki dərəcələrində mübarizə aparacaqlar.



Bu yazı

3929 dəfə oxunub

Tarix

2019-06-25 10:47:02

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev