Super Liqa turnirinin qalibi müəyyənləşib


Çimərlik futbolu üzrə böyüklər arasında Super Liqa turnirinin qalibləri müəyyənləşib.
AFFA-nın dəstəyi, Azərbaycan Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 komanda mübarizə aparıb. Final oyununda "Marafon Sabirabad”ı 3:0 hesabı ilə məğlub edən "Zirə” turnirin qalibi olub. Üçüncü yeri isə "Şuşa Qarabağ” üzərində 4:2 hesabı ilə qələbə qazanan "Neftçi” tutub.
Elçin Qasımov ("Zirə”) turnirdə ən yaxşı qapıçı, Orxan Məmmədov ("Marafon Sabirabad”) ən yaxşı oyunçu seçilib. Sabir Allahquliyev ("Zirə”) isə turnirin bombardiri olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırma mərasimində Azərbaycan Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov, çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov, köməkçi məşqçi
Hikmət Bağırov, federasiyanın direktoru Rüfət Həsənov, AFFA-nın Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov və "CBC Sport” televiziya kanalının baş direktoru Volkan Üst iştirak ediblər.


Bu yazı

2418 dəfə oxunub

Tarix

2019-06-24 18:04:43

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev